Qarabağı qaytarmasam…

Yığışdırılıbdır köçüm,
Durum çadırlara köçüm.
Erməniyə çatmır gücüm,
Kül mənim kişi başıma!

Vaxt keçirtdim zaman altdan,
Su yeritdim saman altdan.
Boylanıram tuman altdan,
Kül mənim kişi başıma!

Cürətim düşüb kəməndə,
Qorxu yuva salıb məndə.
Guya ki,kişiyəm mən də,
Kül mənim kişi başıma!

Çoxdandır gözlərim kordur,
Oğlum mənnən də nankordu.
Dilim lal,qulağım kardı,
Kül mənim kişi başıma!

Haqqım üstündən keçilir,
Şahlarım mənsiz seçilir.
Neftim şərab tək içilir,
Kül mənim kişi başıma!

Tullayıb başdan papağı,
Unutdum o dərə,dağı…
Qaytarmasam Qarabağı,
Kül mənim kişi başıma.

 1,990 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir