Saldı!..

Boş baş yenə cədvəldə adın başlığa saldı,
Boş baş elə başdan özünü boşluğa saldı.

 

Xalq da başı daşlı belə məcburi gedişnən,
Nikbin gələcək yollarını daşlığa saldı.

 

Biganələşən gəncdə ki, nikbinliyi görcək,
Bədbin qocalar da başı külbaşlığa saldı.

 

Namus yenə də oldu həris məmura möhtac,
Qeyrət yenə də işlərini xoşluğa saldı.

 

Oynatdı qırıq qeyrəti ismət canıyanmış,
Xoş gördü yəqin qeyrəti dirxoşluğa saldı.

 

Bir çoxları dəm vurdu tükənmiş kişilikdən,
Bir çoxları da meylini oğraşlığa saldı.

 

Hambal Qubadın oğlunu sallağlı görüncə,
Nazir Ziyanın varisi tirpaşlığa saldı.

 

Min dilli müxalif kişilər də çaşa düşdü,
Düşmənçiliyin nəfsini qardaşlığa saldı.

 

Bir şey tapacaq Tofiq onu şeirinə salsın,
Sonra deyəcəklər sözü çaş-başlığa saldı.

 2,977 dəfə oxunub,  3 nəfər bu gün oxuyub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir