Siyasi yuxu

Gördüm, ay qonşu, gecə dövranı taraz yuxuda,
Xeyir olsun, desən, inşalla şər olmaz yuxuda.

Görürəm ki, yuxuda qaz verilir pay, qonşu!
Hətta neftdən verilir pay bizə hər ay, qonşu!
Kridit borclarını bağladılar, ay qonşu!
Pulu cağ-cağ kişimə eyləyirəm naz yuxuda.

Şeyx gəlib haqqa qılır xalq ilə məsçiddə namaz,
Etməyir, biz vəkil etdiklərimiz, millətə naz.
Dağılıb partiyalar hamısının əhvalı saz,
Təkcə gördüm Isa bəy başqanı nasaz yuxuda.

Verib öz xalqına təhfil Lələ Ramiz yerini,
Xalq seçibdir yerinə öz sırasından birini.
Keçirib boynuna Oktay özü-öz kəndirini,
Kəsilir eşqinə ördək yuxuda, qaz yuxuda.

Arturun,el daha şübhəylə yanaşmır adına,
Yandırıb rəhbərimiz Ramili hicran oduna.
Day Zəlimxan qağamın əzbəri düşmür yadına,
Ha yazır, qafiyə gəlmir sözə çarpaz yuxuda.

Yerlibazlar qayıdıb kəndə, çatışmır havası,
Aftafa görməyənə yoxdu lüleng aftafası…
Tutmayır mer də əlillərlə daha yer davası,
O qədər çox şeyi gördüm bu qədər az yuxuda.

Yuxu axırda idi gəldi əli naməli şəxs,
Üzü örtüklü, başı yamyaşıl əmmaməli şəxs.
Göyə qaldırdı,düşən yanına,bir cüt əli, şəxs;
Zaylayan peysərimə cütlədi qapbaz yuxuda.
Dedi, dərddən bu qədər bəndə danışmaz yuxuda!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir