Söz yığını…

Bizim elin öz alveri,
Ən ucuzu söz alveri…
Məmurluqdu qız alveri,
Narkotika rəislikdi…

 

Sənə alverdən dərs desin;
Yaralı müdir dəstəsi…
Hamısı rüşvət xəstəsi,
Bu da bir növ mərizlikdi…

 

Evlər yıxır qorxunc manat,
Təqaüdüm qırx üç manat…
Ciblər büdcədir-neçə qat,
Qardaş, bu ki, hərislikdi…

 

Xalqın dəni daşdan gələr,
Iftar aç, obaşdan gələr…
Mənçün “fətva” “başdan” gələr,
Gəlib tutmaq polislikdi…

 

Yeyen bu oğul naharın;
Ata Harun, ana harın…
Bu “pis gəzən” anaların,
Doğduqları iblislikdi…

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir