Dərdimiz, Mirzə, bizim, eyniləşibdir deyəsən,
Dərdi-qəm məndə budu, fikri-məlal səndə budu.
Gizləyib neyləyəsən, gizləməyib neyləyəsən,
Gizləyirsən də budu, gizləməyirsən də budu.
Demə day tində durub boynunu burmuş balamız,
Əlinə diplom alıb indi qudurmuş balamız.
Artıq hamballıq üçün növbəyə durmuş balamız,
Boy atır məndə Hüseyn, həddə dolur səndə Həsən.
Qoç Nəbi məndə budu, Rüstəmi-Zal səndə budu,
Bəsləyib neyləyəsən, bəsləməyib neyləyəsən,
Bəsləyirsən də budu, bəsləməyirsən də budu.
Tacir Əbtalibə bax-ruzisinə şükr eləyir,
Hacı şeyx kəbli Mirismayıla bax-zikr eləyir.
Nə olubdur ki, elə Mirzə Filan fikr eləyir…
Mən özüm çox demişəm, sən də biraz söyləyəsən,
Bəlkə bal məndə budu, ya ki, qoğal səndə budu?!.
Bizləyib neyləyəsən, bizləməyib neyləyəsən,
Bizləyirsən də budu, bizləməyirsən də budu.
Biz dözən bəndələrik, hər nə deyəllər, dözərik,
Qapıb əlmizdəkin işdahla yeyərlər, dözərik.
Lap bizi xar nədir, zar eliyərlər, dözərik,
Mən durub, döz, deyirəm, sən oturub, döz, deyəsən.
Hövsələ məndə budur, əqli-kamal səndə budu.
Döz, deyib neyləyəsən, döz,deməyib neyləyəsən,
Döz, deyirsən də budu,döz, deməyirsən də budu.
Nəzmə düzməkdir işib, sən məni gəl danlama şox,
İstəyirsən də budu,istəməyirsən də budu.
Ellerinize sağlıq bu gün girdim tam 3 cü şeirdi, öyle şeirler ki içimde Qorxu hissimin verdiyi emirle tustag yatan kelimelerimin əkizleri sanki azadlığdadır. Allah sizin kimi insanları qorusun.