Üstündədir…

Döndü zamanın üzü-qarğa dağ üstündədir,
Qonduğu yer qartalın tir budaq üstündədir.

 

Gülşənə bayquş gəlir gül qoparır yarpağın,
Bülbülü viranədə, fikri bağ üstündədir.

 

Dönməyi bu gərdişin baxt dağıdıb, rəng alıb,
Sarı al üstündədir, qara ağ üstündədir.

 

Altı soyuq torpağın üstü tutub od yanır,
Bir qonaq altındadır, bir qonaq üstündədir.

 

Aclığa düçar olan Azərbaycanımın,
Fikri un üstündədir, fikri yağ üstündədir.

 

Xalqını yatmış bilən kəslərə çatdır xəbər,
Səbi-qərardan bezən xalq ayaq üstündədir.

 

Qəm yemə, Tofiq,axır haqq tapacaqdır yerin,
Daşmağına az qalan aş ocaq üstündədir.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir