Zurna

Oktay məclisdə züy tutur,
Ramiz çalır bizə zurna.
Biz həm Oktaya çalırıq,
Həm də ki,Ramizə zurna.

Haqqın ayranı qatıymış,
Qırat Həmzənin atıymış.
Çövür tatı-vur tatıymış,
Avropada təzə zurna.

Ta bütün məmləkət çalır,
Hadı çalır,Əhəd çalır.
NATO çalır,ATƏT çalır,
Bizə zurna,sizə zurna.

Bizim rayonun axundu,
Özgə zənənə toxundu.
Adı zurnayla oxundu,
Batdı yaman gözə zurna.

Hay qopdu,qızışdı ara,
Bilmədik ki,qaçay hara.
Şeyx hara,”quru çay”hara,
Çıxarır möcüzə zurna.

Rəsul gəlsə “tasa”çalar,
İlham qalsa qısa çalar,
Vay o günə İsa çala,
Hünəri var dözə zurna.

Etibar aya filəyir,
Mirmahmud çaya filəyir.
Əli havaya filəyir,
Hamı çalır düzə zurna.

Çalır siyasi gürzələr,
Çalır maaşsız mirzələr.
Dəb düşüb bu zümzümələr,
Çalınır üz-üzə zurna.

Tofiq,eşqdən yaz,uzatma,
Dar əllərə göz uzatma.
Bəsdir çox da söz uzatma,
Bağlayarlar sözə zurna.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir