Tərcümeyi - halım
Həsənov Tofiq Xasay oğlu, 1970-ci ilin 29 Avqustunda, Azərbaycanın Lənkəran roynunda dünyaya göz açıb.
Valideynləri: Calalova Zərifə və Həsənov Xasay
Anasının atası Talış, anası isə Təbriz Seyyidlərindən olub.
Ana atası Hüseynov Mövsün, 1918-ci ildə Nəcəfdə dini təhsil alıb. Müctəhidlik alandan bir neçə gün sonra, 1934-cü ildə repressiya qurbanı olub. Sürgündə vəfat edib...
Atasının anası Talış, atası isə Azərbaycan Türkü olub.
Qafqaz - İslam universitetində müəllim işləyib, ƏRUZ vəznindən dərs deyib.
Qələmə aldığı yazılarına görə isə, qısa zaman sonra işdən qeyri-qanuni olaraq uzaqlaşdırılıb. Bir neçə kütləvi informasiya vasitələri ilə, müxtəlif zaman kəsimlərində əməkdaşlıq edib, lakin bu əməkdaşlığına da, yazdıqları səbəbiylə son verilib.
12 Oktyabr 2015-ci ildə, axşam saat 9 radələrində oğurlanaraq naməlum istiqamətə aparılıb...
13 oktyabrda şair Tofiq Həsənlinin oğurlanması xəbəri yayıldı. 5 gün sonra qohumları onun sorağını Bakı İstintaq Təcridxanasından aldılar. Şair qanunsuz olaraq külli miqdarda narkotik satmaqda ittiham olunur. Amma şairin qardaşı bu ittihamı qəbul etmir.
45 yaşlı şair Tofiq Həsənli Lənkəranda yaşayıb. O, dükanda satıcılıq edirmiş. Şairin anası Zərifə Cəlalova oğlunun saxlanıldığı gün dükandan çıxmağa hazırlaşdığını deyir. O dükanı bağlayıb çıxmaq istəyəndə içəri narkotik istifadəçisi olan şəxs girib. Ananın sözlərinə görə oğlu həmin şəxsi küçəyə çıxarıb dükanı bağlayıb. Bazarın qarşısına gələndə isə bir neçə nəfər şairi saxlayıb Lənkəran rayon Polis Şöbəsinə aparıb. Onlar deyiblər ki, dükana baxış keçirməliyik. Ana bildirir ki, dükanın sahibi qadın olduğundan, bu məsələdə adı hallanmasın, get-gələ düşməsin deyə oğlu “narkotik maddə mənimdir” deyib.
Şair anası ilə birgə yaşayırmış. Zərifə Cəlalova deyir ki, oğlu onun qulluğunda dayanıb. O, həbs olunandan evində rahatlıq tapmır. Ananın tez-tez video müraciətləri yayılır. O, oğlunun yazdığı satirik şeirlərə görə həbs edildiyini bildirir.
Tofiq Həsənli həftədə bir dəfə zəng edib ailə üzvləri ilə danışır. Onlar da imkanlaşdırıb hər həftə ona ərzaq, geyim aparırlar. Şair zəng edərkən vəkilə ehtiyacının olduğunu deyib.